Murad Məmmədov Avropa Liqasında qol vurdu
Azərbaycan millisinin futbolçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının heyətində UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avstriya “Zaltsburq”u ilə III təsnifat mərhələsinin cavab görüşündə meydançaya çıxıb.
82-ci dəqiqədə oyuna girən Məmmədov cəmi 2 dəqiqə sonra komandasını məğlubiyyətdən xilas edən qola imza atıb – 3:3.
Lakin bu nəticə “Pafos”un Avropa Liqasında mübarizəni dayandırmasının qarşısını ala bilməyib. İlk matçda 1:0 hesablı qələbə qazanan “Zaltsburq” adını bu turnirin pley-off mərhələsinə yazdırıb.
Məmmədovun klubu isə Konfrans Liqasının pley-off raundunda çıxış edəcək. Rəqib “Dinamo Siti” (Albaniya) – “Auda” (Latviya) cütünün qalibi olacaq.



No Comment! Be the first one.