“Qarabağ”ın rəqibi bəlli oldu
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu, Niderland təmsilçisi “Tvente”dir.
“Tvente” III təsnifat mərhələsində Slovakiyanın DAC-1904 klubunu mübarizədən kənarlaşdırıb.
İlk matçda 6:0 hesablı qələbə qazanan Niderland komandası cavab görüşündə heç-heçə edib – 2:3.
Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə ilk görüşünü avqustun 20-də səfərdə, cavab oyununu avqustun 27-də evdə keçirəcək.



No Comment! Be the first one.