“Neftçi” 1/4 final oyununa çıxır
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında bu gün növbəti oyununu keçirəcək.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində təşkil olunan yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi SOCAR” dünən A qrupunda Fransa seçməsinə 17:15 hesabı ilə qalib gəlib, Niderland yığmasına isə 12:22 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.