"Neftçi" “Qaradağ Lökbatan"la bağlı bəyanat yaydı
“Neftçi” İdman Klubu bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı bəyanat yayıb.
Klubdan Sportify.az-a bildirilib ki, ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə “Qaradağ Lökbatan Peşəkar Futbol Klubu” MMC-nin ləğvi barədə 22 sentyabr 2026-cı il tarixində vergilər.az saytında dərc edilmiş elanın “Neftçi” İdman Klubunun tərkibində fəaliyyət göstərən “Qaradağ Lökbatan” futbol komandasına heç bir aidiyyəti yoxdur.
Qeyd olunub ki, sözügedən MMC “Neftçi” İdman Klubunun təsisçisi, törəmə qurumu və ya struktur bölməsi deyil.
“Ad oxşarlığı səbəbindən yaranan yanlış anlaşılmaları nəzərə alaraq xüsusi olaraq vurğulayırıq ki, “Neftçi” İdman Klubunun tərkibindəki “Qaradağ Lökbatan” futbol komandası fəaliyyətini adi rejimdə davam etdirir və komandanın ləğvi ilə bağlı hər hansı bir qərar qəbul edilməyib”, – deyə bəyanatda bildirilib.
Klub media nümayəndələrindən və ictimaiyyətdən xəbərləri işıqlandırarkən bu hüquqi və faktiki fərqləri nəzərə almalarını xahiş edib.


No Comment! Be the first one.