“Neftçi” legioneri ilə yollarını ayırdı
“Neftçi” klubu futbolçusu Alessio Kurçi ilə yollarını ayırıb.
Sportify.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, lüksemburqlu hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Alessandro Kurçi 19 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.


No Comment! Be the first one.