“Neftçi SOCAR” “Takasaki”yə uduzdu
3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Takasaki (Yaponiya) mərhələsində Azərbaycan təmsilçisi “Neftçi SOCAR” ikinci görüşünü keçirib.
Sportify.az-ın məlumatına görə, rəqib “Takasaki” olub.
Qarşılaşma “Neftçi SOCAR”ın məğlubiyyəti ilə yekunlaşıb – 13:14.
Bununla belə, “neftçilər” 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib Tailand seçməsi olacaq. Oyun avqustun 30-da Bakı vaxtı ilə səhər 8:55-də start götürəcək.
Qeyd edək ki, “Neftçi SOCAR” qrupun ilk oyununda ev sahibi Yaponiya millisinə 15:14 hesabı ilə qalib gəlib.



No Comment! Be the first one.