“Neftçi” “Sumqayıt” önünə itki ilə çıxacaq
“Neftçi” komandası Misli Premyer Liqasının I turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını yekunlaşdırıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
2025/2026 mövsümünün “Kəpəz”lə son tur matçında qırmızı vərəqə ilə cəzalandırılmış futbolçu İfeanyi Metyu bu görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə “SOCAR Polymer Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu avqustun 16-sı saat 19:00-da başlanacaq.



No Comment! Be the first one.