“Neftçi” və “Ulduz” finalda
“Sabahın ulduzları” Bakı Kubokunda U-15 yaş qrupu üzrə yarımfinal görüşləri keçirilib.
Sportify.az xəbər verir ki, “Neftçi” və “Ulduz” komandaları qarşılaşmalardan qələbə ilə ayrılaraq finala yüksəliblər.
“Neftçi” – EFA – 4:2
Qollar: Sultan Orucov, 27; 55. Qafar Babayev, 60-pen.; 63) – Tural Zahidov, 20; 66
Baş hakim: Mahmud Bağırzadə
Köməkçi hakimlər: Orxan İbişov, Qurban İsmayılov
Dördüncü hakim: Səbuhi İbrahimzadə
Hakim inspektor: Anar Salmanov
BFF nümayəndəsi: Məhərrəm Əliyev.
“Ulduz” – “Qarabağ” – 1:0
Qol: Nihat Bəylərli, 12
Baş hakim: Maqsud Şamıyev
Köməkçi hakimlər: Mirnihat Seyidov, Anar Kərimli
Dördüncü hakim: Səbuhi İbrahimzadə
Hakim inspektor: Anar Salmanov
Oyun meneceri: Fərid Nağdaliyev.
Beləliklə, U-15 yaş qrupunda final oyunu “Neftçi” və ”Ulduz” komandalarının arasında olacaq. 3-cü mükafat uğrunda EFA və ”Qarabağ” mübarizə aparacaq.
Qeyd edək ki, U-14 yaş qrupunun final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək, “Ulduz” və “Neftçi”nin görüşündə bürünc medalların sahibi müəyyənləşəcək.



No Comment! Be the first one.