"Neftçi"dən gedən hücumçu özünə yeni klub tapdı
Bu yay “Neftçi”dən ayrılan hücumçu Alessio Kurçi aylar sonra yeni klubu ilə müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, 24 yaşlı lüksemburqlu forvard Bosniya və Herseqovinanın “Boraç” komandasında oynayacaq.
Onun müqaviləsi 2028-ci il mayın 30-na qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Boraç” 13 turdan sonra 31 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


No Comment! Be the first one.