"Neftçi"də ayrılıq - RƏSMİ
“Neftçi” klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.
Sportify.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Təcrübəli futbolçuya ağ-qara formada göstərdiyi yüksək peşəkarlıq və əzmkarlığa görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında “Neftçi”yə “Sabah”dan transfer olunmuş Elvin Camalov bu müddətdə 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.



No Comment! Be the first one.