“Neftçi” bu mövsüm U-16 Liqasında ilk qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri 3-cü turda “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub ediblər.
“Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qolları Nihad Əsgərli, İdris Əzizli, Ramal Bayramov və Onur Əmirzadə vurublar.
Qeyd edək ki, “ağ-qaralar” 3 oyunda 4 xal toplayıblar.



No Comment! Be the first one.