Premyer Liqa klubunda yeni müqavilə
İngiltərənin “Aston Villa” klubu rəsmi saytında belçikalı futbolçu Amadu Onana ilə yeni müqavilə imzalandığını açıqlayıb.
Sportify.az xəbər verir ki, razılaşmanın müddəti barədə məlumat verilməyib.
Birmingem təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, Onana indiyədək komandanın heyətində 70-dən çox oyun keçirib və 7 qol vurub. O, yarımmüdafiənin mərkəzində özünü vacib futbolçu kimi təsdiqləyib.
Hazırda dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirən belçikalı futbolçu Unai Emerinin komandasında önəmli yer tutur.
Qeyd edək ki, Amadu Onana 2024-cü ildə “Everton”dan “Aston Villa”ya transfer olunub.



No Comment! Be the first one.