"Neftçi"nin legioneri Messiyə hədiyyə verdi - FOTOLAR
“Neftçi”nin futbolçusu Sessi d`Almeyda Benin millisinin heyətində Argentina yığmasının hücumçusu Lionel Messiyə qarşı oynayacaq.
Sportify.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi Bakı vaxtı ilə saat 3:00-da start götürən yoldaşlıq görüşündə start heyətdə yer alıb.
Bu, Messinin Argentina millisi ilə vida oyunu olacaq.

D`Almeyda Benin yığmasının kapitanı kimi meydana çıxıb. Afrikalı futbolçu görüşdən əvvəl Messi ilə görüşərək, ona hədiyyə verib.

Buenos-Ayresdəki təxminən 85 min tamaşaçı tutumuna malik “Monumental” stadionu qarşılaşmaya bir saat qalmış tam dolub.

Biletlərin satışına sentyabrın 24-də başlanılıb və 500 mindən çox insanın eyni vaxtda bilet almağa çalışdığı bildirilib. Nəticədə bütün biletlər iki saatdan az müddətdə satılıb.

Rəsmi qiymətlər təxminən 52 – 284 avro arasında dəyişib. İkinci əl bazarında isə biletlərin qiyməti 1 000 avroya qədər yüksəlib. Bilet əldə edə bilməyən azarkeşlər üçün Argentina Futbol Assosiasiyası tərəfindən oyunun canlı yayımlanacağı fan-zona da təşkil olunub.


No Comment! Be the first one.