"Mənə millidə olduğum vaxt belə bir xəbər deyildi" - MÜSAHİBƏ
“Yaxşı oyun keçdi, qələbə qazandıq. Bunun üçün çox xoşbəxtəm. İlk qolu mən vurdum. Komandaya töhfə verdiyim üçün ayrıca xoşbəxtəm”.
Bunu Azərbaycanın U-21 millisinə “Sumqayıt”dan çağırılmış futbolçu Nihad Əhmədzadə evdə Cəbəllütariqə 3:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra Sportify.az-a müsahibəsində deyib.
20 yaşlı sol cinah yarımmüdafiəçisi digər sualları da cavablandırıb:
– Milli 9 xal barajını keçdi. Bununla bağlı nə düşünürsünüz?
– Rekordu təzələdik. Yəni kollektiv baxımından rekord qırdıq. Ayrı bir xal rekordu müəyyənləşdirildi və bunun üçün komanda olaraq çox xoşbəxtik. Mən də buna töhfə verdiyim üçün çox sevinirəm. Komandamız da çox xoşbəxtdir.
– İlk dəfə milli komandanın fasiləsi bu qədər uzun çəkdi. Bu, futbolçulara yaxşı təsir edəcək, yoxsa pis?
– Məncə, yaxşı təsir edər. Çünki biz milli komandanı təmsil edirik. Ona görə düşünürəm ki, bu, hər bir idmançıya daha yaxşı təsir göstərməlidir.
– Mediada sizin ikinci heyətə göndərilməyinizlə bağlı çoxlu xəbərlər yayıldı. Bu xəbərlər doğrudur?
– Bu xəbərlərin necə yayıldığını bilmirəm. Əslində, gizli tutulması daha yaxşı olardı. Amma mənə milli komandada olduğum vaxt belə bir xəbər deyildi. Klub tərəfindən mənə bildirilib, amma səbəbini tam olaraq bilmirəm. Belə deyilib. Kluba gedəndə yəqin ki, daha ətraflı biləcəyəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.