Nihad Əhmədzadə əvəzedici heyətə göndərildiyini təsdiqlədi
Azərbaycanın U-21 millisinin futbolçusu Nihad Əhmədzadə “Sumqayıt”ın əsas komandasından əvəzedici heyətə göndərilib.
Bu barədə Sportify.az-a gənc yarımmüdafiəçinin özü açıqlama verib.
O, klub tərəfindən müvafiq qaydada məlumatlandırıldığını bildirib: “Bu xəbərlərin necə yayıldığını bilmirəm. Əslində gizli saxlanılması daha yaxşı olardı. Bu xəbər mənə millinin düşərgəsində olduğum vaxt deyildi. Mənə klub tərəfindən bilgi verilib. Amma səbəbini tam bilmirəm. Belə deyilib. Kluba gedəndə daha ətraflı məlumat əldə edəcəyəm”.
Qeyd edək ki, Nihad Əhmədzadənin yeni müqavilədən imtina etdiyi üçün əvəzedici heyətə göndərildiyi bildirilir.
Bahar Rüstəm


No Comment! Be the first one.