Millimizdən tarixi nəticə - YENİLƏNDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Sportify.az xəbər verir ki, rəqib Cəbəllütariq yığması olub.
“Əlincə Arena”da keçirilmiş görüş millinin qələbəsi ilə yekunlaşıb – 3:0.
Qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edib. Oyun “İdman TV” kanalı vasitəsilə canlı yayımlanıb.
17:45. Azərbaycan – Cəbəllütariq – 3:0
Qollar: Nihad Əmədzadə, 8. Ağadadaş Salyanski, 43; 51
“Əlincə Arena”.



No Comment! Be the first one.