“Orhus”un futbolçusu: Onlar bizi darmadağın etdilər
“Açığı, nə deyəcəyimi də bilmirəm. Sadəcə qəzəbliyəm, başqa sözüm yoxdur. Belə səhvlər olur və təəssüf ki, bu gün onların qiyməti çox ağır oldu. Təbii ki, buna həddindən artıq ilişib qalmaq istəmirəm. Çünki bu nəticə kifayət qədər yaxşı deyildi. Amma məncə, əsas məsələ bu oyunu necə keçirməyimizdir”.
Sportify.az xəbər verir ki, bunu Danimarkanın “Orhus” klubunun futbolçusu Yens Yönsson UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”a 0:4 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra deyib.
33 yaşlı müdafiəçi komandasının oyuna yanaşmasını da tənqid edib: “Bu, dediyim fikirlərlə üst-üstə düşür: biz çox geridə qalırıq, oyunun tempinə tam qoşulmuruq və sonra matçın gedişini dəyişə bilmirik. Nadir hallarda bunu bacardığımız anlarda isə kifayət qədər vaxtımız olur və yaxşı oynayırıq. Onlarla rəqabət aparmaq mümkündür, onlar da bizdən üstün deyillər. Amma heç kimi günahlandırmaq fikrində deyiləm. Sadəcə, onlar bizi 4:0 hesabı ilə darmadağın etdilər”.
Bu nəticədən sonra “Orhus” Çempionlar Liqasında mübarizəni dayandırıb.
Danimarka çempionu bundan sonra Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək. “Orhus”un ehtimal olunan rəqibləri Şotlandiyanın “Harts” və Portuqaliyanın “Benfika” klublarından biri olacaq.
İlk oyunda “Benfika” “Hearts”ı 6:1 hesabı ilə məğlub etdiyindən, “Orhus”un portuqaliyalılarla qarşılaşması daha real görünür. Cütlüyün qalibi ilə bağlı yekun qərar cavab oyunundan sonra bəlli olacaq.



No Comment! Be the first one.