Paytaxtımız güləş yarışına ev sahibliyi edir
Bu gün Bakıda 15 və 17 yaşadək qadın güləşçilər arasında beynəlxalq turnir başlanıb.
Sportify.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında keçirilən yarışda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır.
Yarış gənc güləşçilərə beynəlxalq təcrübə qazanmaq və xarici rəqiblərlə qarşılaşmalarda özlərini yoxlamaq məqsədi daşıyır


No Comment! Be the first one.