Polina Rəhimova millimizlə vidalaşdı
Azərbaycanın qadın voleybolçusu Polina Rəhimova milli karyerasını başa vurub.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, təcrübəli hücumçu yığmadakı son oyununu bu gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyəyə qarşı keçirib.
Oyundan sonra Azərbaycan Voleybol Federasiyası adından Rəhimovaya uzun illər ərzində millimizə, ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gül təqdim olunub.


No Comment! Be the first one.