“Sabahın Ulduzları”: Hər üçü 4 qolla qalib gəldi
“Sabahın Ulduzları” Bakı Kubokunda U-14 yaş qrupu üzrə 8-ci turun oyunları keçirilib.
Sportify.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Ulduz” komandası “Zirə”ni 4:1 hesabı ilə məğlub edib.
Digər oyunda “Dostluq” və “Vətən” komandaları üz-üzə gəlib. Görüş “Vətən”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçında “Neftçi” səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib
Beləliklə, 8 turdan sonra turnir cədvəlinə 22 xalla “Qarabağ” və “Sabah” komandaları başçılıq edirlər. Hər iki komanda 7 qələbə və 1 heç-heçə ilə eyni nəticəyə malikdir. Topların fərqinə görə “Qarabağ” birinci, “Sabah” isə ikinci pillədə qərarlaşıb.
“Neftçi” 18 xalla üçüncü, “Ulduz” və “Azərbaycan Qartalları” 16 xalla müvafiq olaraq dördüncü və beşinci yerlərdədirlər. “Xan” 12 xalla altıncı, “Vətən” 9 xalla yeddinci pillədə qərarlaşıb.
“Sumqayıt” və “Qəbələ” 7 xalla müvafiq olaraq səkkizinci və doqquzuncu, “Zirə” və EFA isə 6 xalla onuncu və on birinci yerləri tuturlar. “Dostluq” 8 turdan sonra xal toplaya bilməyib.
Turnirin bombardirlər siyahısına “Neftçi”nin futbolçusu Adil Şabanov 18 qolla başçılıq edir. “Qarabağ”ın üzvü Ceyms Eziyaşi 11 qolla ikinci, EFA-nın futbolçusu Bəybala Məmmədov isə 10 qolla üçüncü pillədədir.
1 sentyabr
“Ulduz” – “Zirə” 4:1
Baş hakim: İxtiyar Aydınov
Köməkçi hakimlər: Əlibəy Rəhimov, Asif Allahyarov
Dördüncü hakim: Əlisa Ağayev
Hakim inspektor: Ceyhun Haşımov
BFF nümayəndəsi: Məhərrəm Əliyev
“Dostluq” – “Vətən” 2:4
Baş hakim: Rasim Musayev
Köməkçi hakimlər: Samir Babayev, Elnur Əliməmmədov
Dördüncü hakim: Nizami Səmədov
Hakim inspektor: Ceyhun Haşımov
BFF nümayəndəsi: Ürfan Məmmədli
“Sumqayıt” – “Neftçi” 2:4
Baş hakim: Nəzir Gözəlov
Köməkçi hakimlər: Əhməd Əhmədsoy, Əkbər Əliyev
Dördüncü hakim: Elnur Muradov
Hakim inspektor: Ceyhun Haşımov
Oyun meneceri: Fərid Nağdaliyev






No Comment! Be the first one.