Polşa klubu Koxalskini kilsə önündə təqdim etdi - FOTO
Polşanın “Vyeçista Krakov” klubu “Qarabağ”dan transfer etdiyi qapıçısı Mateuş Koxalskini özünəməxsus formada təqdim edib.
Sportify.az xəbər verir ki, 26 yaşlı qolkiperin keçidi ilə bağlı X sosial şəbəkəsindəki paylaşımda onun kilsənin qarşısında çəkilmiş fotosu da paylaşılıb.
Paylaşımda bu sözlər yazılıb: “Kilsə, şarf və Vyeçista”ya transfer”.
Klub həmçinin Koxalskinin son iki mövsümü “Qarabağ”da keçirdiyini və UEFA Çempionlar Liqasında təcrübə qazandığını vurğulayıb.
“Mateuş Ekstraklasaya Çempionlar Liqası təcrübəsi ilə qayıdır”, – deyə paylaşımda qeyd olunub.
“Vyeçista” yeni qapıçısını Xalupnikada salamlayıb və ona sarı-qara formada uğurlar arzulayıb.
Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ilin yayında Polşanın “Stal Melets” klubundan keçib. O, Ağdam klubunda iki mövsüm keçirib və Çempionlar Liqasında çıxış edib.
Polşalı qapıçı “Vyeçista” ilə 3 illik müqavilə imzalayıb.
Kościół✅, szalik✅, transfer do Wieczystej✅
Wieczysta wzmacnia rywalizację między słupkami. Nowym bramkarzem naszego zespołu zostanie Mateusz Kochalski, który ostatnie dwa sezony spędził w @FKQarabagh
Mateusz wraca do @_Ekstraklasa_ z doświadczeniem https://t.co/IS1xmqTKJv w… pic.twitter.com/nd1OYDl05v— Wieczysta Kraków (@Wieczysta) September 8, 2026







No Comment! Be the first one.