PSJ-dən Kvaratsxeliyanın səhhəti ilə bağlı açıqlama
PSJ-nin mətbuat xidməti komandanın vingeri Xviça Kvaratsxeliyanın səhhəti ilə bağlı məlumat yayıb.
Sportify.az xəbər verir ki, Gürcüstan millisinin futbolçusu sağ dizinin ön çarpaz bağlarının qopması səbəbindən Qətərin paytaxtı Dohaya yollanıb və burada əməliyyat keçirib.
“Xviça Kvaratsxeliya Qətərin Doha şəhərindəki xəstəxanada sağ dizinin ön çarpaz bağlarının qopması ilə əlaqədar uğurlu əməliyyat keçirib. İndi o, reabilitasiya prosesinə başlayacaq” — deyə klubun açıqlamasında bildirilib.
Kvaratsxeliya zədəsini UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona” ilə keçirilən matçda (4:2) alıb. Görüş oktyabrın 20-də baş tutub. Gürcü futbolçu qarşılaşmanın 59-cu dəqiqəsində meydanı tərk edib.



No Comment! Be the first one.