PSJ-nin prezidenti Xviçanı ziyarət edib
PSJ-nin prezidenti Nasser Əl-Xələifi komandanın vingeri Xviça Kvaratsxeliyanı xəstəxanada ziyarət edib.
Sportify.az xəbər verir ki, gürcüstanlı futbolçu klub rəhbəri ilə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.
Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunda dizinin çarpaz bağlarından zədə alıb.
Daha əvvəl Kvaratsxeliyanın zədədən bərpasının təxminən doqquz ay çəkə biləcəyi barədə məlumatlar yayılmışdı.
Gürcüstanlı futbolçu 2026-cı il “Qızıl top” mükafatı uğrunda səsvermədə 6-cı yeri tutub. O, mükafata namizəd göstərilən PSJ-nin digər doqquz futbolçusunu geridə qoyub.
Kvaratsxeliya 2026/2027 mövsümündə 11 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


No Comment! Be the first one.