Qadın cüdoçumuzdan tarixi nəticə
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan millisinin qadın cüdoçusu Könül Əliyeva tarixi nəticəyə imza atıb.
Sportify.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçu bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.
Bununla Könül Əliyeva Böyük Dəbilqə yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Mübarizəyə 1/8 finaldan başlayan Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda niderlandlı Amber Gersyesi, yarımfinalda isə Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edib.
Həlledici görüşdə Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Əliyeva rəqibindən üstün olaraq qızıl medala sahib çıxıb.
Bu, eyni zamanda Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.



No Comment! Be the first one.