Vinisius niyə zəiflədiyini araşdırır
Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun vingeri Vinisius Junior əvvəlki sürətini nümayiş etdirə bilməməsinin səbəblərini mütəxəssislərlə birlikdə araşdırır.
Sportify.az xəbər verir ki, braziliyalı futbolçunun driblinqindəki əvvəlki effektivliyin azalmasının mümkün səbəblərini də öyrənməyə çalışdığı bildirilir. Bu barədə jurnalist Tomas Qonsales-Martin X sosial şəbəkəsində məlumat yayıb.
Vinisius bu mövsüm bütün turnirlərdə 11 oyunda iştirak edib. O, həmin görüşlərdə 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Futbolçunun “Real Madrid”lə hazırkı müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, Vinisius Juniorun təxmini bazar dəyəri 130 milyon avrodur.


No Comment! Be the first one.