Puxaç Yamalın Bakıya gəlməyəcəyi xəbərinə belə reaksiya verdi - VİDEO
“Sabah”ın futbolçusu Timoteuş Puxaç İspaniya “Barselona”nın ulduzu Lamin Yamalın Çempionlar Liqasının əsas mərhələsinin V tur matçı üçün Bakıya gəlməyəcəyi xəbərinə özünəməxsus reaksiya verib.
Sportify.az-ın məlumatına görə, polşalı sol cinah müdafiəçisi sosial şəbəkə hesabında qəmgin halda video paylaşıb.
O, arxa fonda bir əvvəl Polşa mətbuatında dərc olunmuş müsahibəsini və Yamalın “Sabah”la qarşılaşmada iştirak etməyəcəyi xəbərini nümayiş etdirib.
Puxaç oktyabrın 21-də “Kanal Sportowy”yə müsahibəsində demişdi: “Yamalı amansızcasına sıxacağam. Ona mümkün qədər yaxınlaşmaq, bir santimetr də boşluq verməmək və daim təmasda olmaq istəyindən sanki özümü saxlaya bilməyəcəyəm”.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlanacaq.



No Comment! Be the first one.