“Qələbəni Ronalduya və bütün portuqaliyalılara həsr etmək istəyirdik”
Portuqaliya millisinin və İngiltərə klubu “Mançester Siti”nin müdafiəçisi Ruben Diaş UEFA Millətlər Liqasının V turunda Danimarka yığmasına 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.
Sportify.az xəbər verir ki, uğursuz gün yaşadıqlarını qeyd edən futbolçu həmçinin Kriştianu Ronaldu ilə bağlı məsələyə də toxunub.
“Bizim üçün uğursuz gün oldu. Hələ də turnir cədvəlində birinci yerdəyik və bu mövqeyə yüksəlmək üçün xeyli çalışmışıq. Lakin bu gün rəqib bizdən üstün idi. İşimizi davam etdirməli və daha da güclənməliyik.
Ronalduya gəlincə, bu, onun necə böyük şəxsiyyət olduğunu nəzərə alsaq, kiçik bir jestdir. Lakin məhz indi bunu etməyi vacib hesab etdik. O, bütöv bir nəslə və bütün ölkəyə təsir göstərib. Ona hər zaman böyük hörmət, sevgi və heyranlıqla yanaşacağıq.
Ronaldunun yoxluğu məğlubiyyəti daha ağrılı edirmi? Qələbəni Ronalduya və bütün portuqaliyalılara həsr etmək istəyirdik. İşimizi davam etdirəcəyik və Uelslə oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Diaşın sözlərini “A Bola” nəşri yayıb.
Qeyd edək ki, bu qarşılaşma Kriştiano Ronaldunun milli komandadan ayrıldığını açıqlamasından sonra Portuqaliya yığmasının keçirdiyi ilk oyun olub.
Beş turdan sonra Portuqaliya 12 xalla 4-cü qrupda liderliyini qoruyur. Danimarka isə 9 xalla ikinci pillədə qərarlaşıb.



No Comment! Be the first one.