Qalatasaray Lokomotivlə razılığa gəldi
Türkiyənin Qalatasaray klubu Rusiyanın “Lokomotiv” Moskva komandasında çıxış edən yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı razılığa gəlib.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist Erol Evcen məlumat yayıb.
Daha əvvəl “Lokomotiv”in 21 yaşlı futbolçunun transferi üçün 28 milyon avro tələb etdiyi bildirilmişdi.
Batrakovun Moskva klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Gənc yarımmüdafiəçi “Lokomotiv”in əsas komandasında keçirdiyi 84 oyunda 34 qol vurub və 23 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Batrakov həm məhsuldarlığı, həm də gənc yaşına görə Avropanın bir sıra klublarının diqqət mərkəzində olub.



No Comment! Be the first one.