"Qalatasaray" "Trabzonspor"a uduzdu
Türkiyə Superliqasında VI turun mərkəzi qarşılaşması keçirilib.
Sportify.az xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Trabzonspor”un heyətində Məhəmməd Salah 4, 44 və 80-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Komandanın digər qolunu 39-cu dəqiqədə Noa Saviolo vurub.
Bu qələbədən sonra “Qalatasaray” 13 xalla turnir cədvəlinin ilk pilləsində qalıb. “Trabzonspor” isə 10 xalla 5-ci sırada yer alıb.



No Comment! Be the first one.