“Qalatasaray”ın futbolçusuna Rusiyadan dəvət
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Aleksey Batrakov Rusiya millisinə dəvət alıb.
Sportify.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi noyabrda Rusiya seçməsinin Özbəkistan və Venesuela ilə oyunlar üçün nəzərdə tutulan 36 nəfərlik geniş heyətdə yer alıb.
Qeyd edək ki, bunadək Valeri Karpinin çalışdırdığı Rusiya millisində 15 oyuna çıxan Batrakov 4 qolla yadda qalıb.


No Comment! Be the first one.