“Qarabağ” MOİK-in müdafiəçisini istəyir
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportify.az xəbər verir ki, klub Bolqarıstanın MOİK (Sofiya) komandasının müdafiəçisi Ceyma Eto’o ilə maraqlanır. Bu barədə xarici KİV məlumat yayıb.
Kamerunlu futbolçunun “Qarabağ”ın transfer siyahısında olduğu və Ağdam təmsilçisinin onunla müqavilə imzalamaqda maraqlı olduğu bildirilir.
Ceym Eto’o müdafiə xəttində çıxış edir və hazırda MOİK (Sofiya)nın formasını geyinir.



No Comment! Be the first one.