"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayacaq
“Qarabağ” və Niderland “Tvente”si arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü 15 dəqiqə gec başlayacaq.
Sportify.az xəbər verir ki, bu barədə matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika stadionunda elan edilib.
Oyun öncəsi Bakıda güclü göy gurultulu yağış başlayıb.
Bu səbəbdən hər iki komandanın futbolçuları isinmə prosesini yarımçıq dayandıraraq paltardəyişmə otağına yollanıblar. Norveçli baş hakim Rohit Saqqi oyunçuların meydandan çıxmasını istəyib.
İlkin olaraq qarşılaşmanın saat 20:00-da başlaması nəzərdə tutulsa da, fasilə səbəbindən start fitinin vaxtı 20:15-ə təxirə salınıb.
Futbolçular daha sonra yenidən meydana çıxaraq isinmə hərəkətlərini bərpa ediblər.


No Comment! Be the first one.