Ağırlıqqaldıranımız Avropanın ən yaxşısı sayıldı
Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştinada keçirilmiş Avropa birinciliyinin ən yaxşı kişi idmançısı adını qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, SİNCLAİR cədvəli əsasında aparılan hesablamalarla Məmmədtağıyev bütün rəqiblərini qabaqlayıb.
O, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyib. Məmmədtağıyev 70 kq çəki dərəcəsində 3 qızıl medal qazanmışdı.
Digər mükafat da oğlan atletlərin çıxışı ilə bağlıdır. Komanda toplamda qazandığı medalların sayına və əyarına görə 24 komanda arasında 5-ci olub. Azərbaycan burada da Ermənistanı geridə qoyub. İlk 6 kollektivin sıralanması aşağıdakı kimidir:
Gürcüstan
Rusiya
Türkiyə
Bolqarıstan
AZƏRBAYCAN
Ermənistan.



No Comment! Be the first one.