Çempionlar Liqası: "Sabah"ın bütün rəqibləri bəlli oldu - YENİLƏNDİ - VİDEO
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb.
Sportify.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçisi “Sabah”ın da rəqibləri müəyyənləşib.
Sonuncu səbətdə yer alan Masazır təmsilçisinin bəxtinə ilk olaraq, İspaniya “Barselona”sı çıxıb. Oyun Bakıda keçiriləcək.
Növbəti rəqib isə İngiltərə “Arsenal”ı olub. Bu görüş isə səfərdə olacaq.
Üçüncü rəqib isə Almaniyanın “Borussiya Dortmund” komandası olub. Bu oyun da Bakıda olacaq.
Dördüncü rəqib isə İngiltərə “Mançester Yunayted”i olub. Bu görüş isə səfərdə olacaq.
“Sabah” İspaniyaya da səfər edərək, “Vilyarreal”la qarşılaşacaq.
Bakıya gələcək daha bir komanda isə İtaliya “Napoli”si olacaq.
Sonuncu səfər edəcək komanda isə Çexiya təmsilçisi “Slaviya Praqa”dır.
“Sabah”ın səfər matçı keçirəcəyi son komanda isə özü kimi Çempionlar Liqasının debütantı Norveç “Vikinq”i olub.
“SABAH”: “Barselona” (ev), “Arsenal” (səfər), “Borussiya Dortmund” (ev), “Mançester Yunayted” (səfər), “Vilyarreal” (səfər), “Napoli” (ev), “Slaviya Praqa” (ev), “Vikinq” (səfər)
Qeyd edək ki, I tur 8 – 10 sentyabr, II tur 13-14 oktyabr, III tur 20-21 oktyabr, IV tur 34 noyabr, V tur 24-25 noyabr, VI tur 8-9 dekabr, VII tur 19-20 yanvar 2027-ci il və VIII tur 27 yanvar 2027-ci ildə keçiriləcək.
Final qarşılaşması 2027-ci il iyunun 5-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda təşkil olunacaq.



No Comment! Be the first one.