“Qarabağ”ın legioneri Meksika millisinə qol vurdu – VİDEO
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin heyətində fərqlənib.
Sportify.az xəbər verir ki, KONKAKAF Millətlər Liqasının A Liqasında 1/4 final mərhələsinin ilk oyununda Yamayka yığması doğma meydanda Meksikanı 3:2 hesabı ilə məğlub edib.
Start heyətində meydana çıxan Sefas qarşılaşmanın 46-cı dəqiqəsində komandasının ikinci qolunu vuraraq hesabı 2:0 edib. 26 yaşlı vinger 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 18-də keçiriləcək.



No Comment! Be the first one.