Dövlətin futbol klublarına ayırdığı vəsait açıqlandı - SİYAHI
Qazaxıstanda 2026-cı ildə futbol klublarına dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.
Sportify.az xəbər verir ki, “Dyadya Vanya” teleqram kanalı vilayət və şəhər akimatlarının klublara ayırdığı maliyyə vəsaitini hesablayıb.
Siyahıya əsasən, ən çox maliyyə “Ordabası” klubuna ayrılıb – təxminən 10 milyon 503 min manat. İkinci pillədə 10 milyon 492 min manatla “Elimay”, üçüncü yerdə isə 10 milyon 62 min manatla “Tobıl” qərarlaşıb.
Klublara ayrılan vəsaitin siyahısı belədir:
– “Ordabası” – 10 milyon 503 min manat
– “Elimay” – 10 milyon 492 min manat
– “Tobol” – 10 milyon 62 min manat
– “Jetısu” – 9 milyon 763 min manat
– “Aktobe” – 9 milyon 255 min manat
– “Altay” – 9 milyon 139 min manat
– “Atırau” – 8 milyon 968 min manat
– “Kızıljar” – 7 milyon 944 min manat
– “Okjetpes” – 7 milyon 847 min manat
– “Ulıtau” – 7 milyon 424 min manat
– “Kayser” – 6 milyon 991 min manat
– “İrtış” – 6 milyon 184 min manat
– “Kaspi” – 5 milyon 605 min manat
– “Jenıs” – 3 milyon 733 min manat
– “Kayrat” – 2 milyon 802 min manat
– “Astana” – 0 manat



No Comment! Be the first one.