Qol vurdu, tunelə düşdü - VİDEO
Braziliya A Seriyasında XXII turunda “Koritiba” – “Şapekoense” matçında olduqca qəribə və uğursuz hadisə yaşanıb.
Sportify.az xəbər verir ki, 44-cü dəqiqədə “Koritiba”nın müdafiəçisi Jasi baş zərbəsi ilə topu tora göndərib.
Qol sevincini yaşamaq üçün reklam lövhəsini aşaraq azarkeşlərin olduğu tərəfə qaçmaq istəyən futbolçu stadiondakı oyunçu tunelini görməyib və ora düşüb.
Hadisədən sonra müdafiəçi oyunu davam etdirə bilməyib və əvəzlənib. Üstəlik, Jasinin vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb.
“Koritiba” ikinci hissədə daha üç futbolçusunu zədə səbəbindən itirsə də, 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, buna bənzər hadisə daha əvvəl də yaşanıb. 2014-cü ildə kamerunlu futbolçu Joel “San-Paulu”ya vurduğu qoldan sonra sevinc zamanı tunelə düşmüşdü.
A Coritiba player scored away at Chapecoense in the Brazilian Serie A last night and jumped over the advertising board to celebrate, only to fall down a hole and injure himself… 🫣
After all that, the goal was disallowed too… 😭 pic.twitter.com/RBJriH2VkB
— Football Away Days (@FBAwayDays) August 9, 2026
KKKKKKKKKK po jacyzão…
Melhoras!! pic.twitter.com/neM0FEor1d— Coritiba da Deprê 🇳🇬🇧🇷 (@coritibadadepr1) August 9, 2026


No Comment! Be the first one.