Rahil Məmmədov “Turan Tovuz”da
“Turan Tovuz” növbəti futbolçu transferini həyata keçirib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovla 1+1 illik müqavilə bağlanılıb.
Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinmiş 31 yaşlı stopper karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.


No Comment! Be the first one.