Formula 1-də çıxış edən “Red Bull”un keçmiş rəhbəri və baş direktoru Kristian Horner vəzifələrindən ayrıldıqdan sonra ümumilikdə 117,56 milyon avro təzminat əldə edib.
Sportify.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Companies House” ticarət reyestrində yayımlanan sənədlərdə bildirilir.
Maliyyə hesabatına əsasən, Hornerə işdən çıxarılmasına görə 39,19 milyon avro, vəzifədən ayrıldığı tarixədək əməkhaqqı kimi isə 5,2 milyon avro ödənilib.
Bundan başqa, “Red Bull Technology” şirkəti ona 78,38 milyon avro təzminat və 10,56 milyon avro əməkhaqqı verib.
Qeyd edək ki, Horner “Red Bull Powertrains” və “Red Bull Advanced Technologies” şirkətlərində də rəhbər vəzifələr tutub. Lakin həmin şirkətlərin hesabatlarında rəhbərlərə ödənişlərin “Red Bull” qrupunun digər strukturları tərəfindən həyata keçirildiyi göstərilib.



No Comment! Be the first one.