Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı
Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo maraqlı açıqlaması ilə diqqət çəkib.
Sportify.az xəbər verir ki, o, uzun müddət əvvəl peşəkar karyerasını başa vurduqdan sonra yenidən futbol oynamaq qərarına gəlməsinin səbəbini açıqlayıb.
“Bütün bunlar “Ravenna” klubunun prezidenti İqnazio Çipriani ilə dostluğum və gələcəklə bağlı planlarımızla əlaqədardır. Həyatımda xüsusi və təkrarsız bir an yaşamaq istəyirəm. Ümid edirəm ki, bu gün digər futbolçular üçün də unudulmaz olacaq.
Karyeramı başa vurduqdan sonra geriyə baxdım və istədiyim hər şeyi qazandığımı anladım. İndi yenidən futbol oynamaq imkanım yaranıb və bundan zövq alıram. Bundan başqa, azarkeşlərə möhtəşəm bir gün yaşatmaq istəyirəm. Bu yeni macəraya böyük həvəslə başlayıram”, – deyə Ronaldinyonun sözlərini “Football Italia” yayıb.
46 yaşlı braziliyalının “Ravenna”nın heyətində debütünü C Seriyasının «Forli» ilə oyununda edəcəyi gözlənilir.



No Comment! Be the first one.