Ronaldunun 1000-ə çatmağına 14 qol qaldı
Səudiyyə Ərəbistanı Pro Liqasının 9-cu turunda “Əl-Əhli” və “Əl-Nəsr” komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Ciddədə yerləşən “King Abdullah Sports City” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 14-cü dəqiqəsində Kriştianu Ronaldu “Əl-Nəsr”i hesabda önə keçirib. Bu qol portuqaliyalı hücumçunun karyerasında 986-cı olub. Lakin Ronaldo cəmi dörd dəqiqə sonra penaltidən yararlana bilməyib və top dirəyə tuş gəlib.
İlk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə Venderson Qaleno hesabı bərabərləşdirib. 71-ci dəqiqədə Ayvan Toni penaltini dəqiq yerinə yetirərək “Əl-Əhli”ni önə çıxarıb. Dörd dəqiqə sonra Roje İbanes künc zərbəsindən sonra fərqlənərək oyunun yekun nəticəsini müəyyənləşdirib – 3:1.
Bu qələbədən sonra “Əl-Əhli” 24 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 28 xalı olan “Əl-Nəsr” isə üçüncü yerdədir.



No Comment! Be the first one.