Dünya çempionatı: Cüoçularımız medalsız qaldılar
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci yarış günü başa çatıb.
Sportify.az xəbər verir ki, bu gün iki çəkidə 3 Azərbaycan cüdoçusu tatamiyə çıxıb.
Qızların mübarizəsində 63 kq çəkidə yarışam Hanna Zaytseva ilk dueldə gürcüstanlı Mariam Natelaurini məğlub etsə də, 1/8 finalda fransalı Manon Aqatı-Aluşe ilə bacarmayıb.
Oğlanların yarışında isə 81 kq-da Mehdi Abbasov 1/32 finalda italiyalı Edoardo Mikele Russonu və 1/16 finalda özbəkistanlı Kamronbek Kadırovu məğlub edib. Amma Azərbaycan təmsilçisi 1/8 finalda rusiyalı Yaroslav Bunakovla məğlub olub.
Eyni çəkidə yarışan Cəsur İbadlı 1/32 finalda küveytli Anas Buqammaza qalib gəlsə də, 1/16 finalda tacikistanlı Aminjon Abdujalilzodaya uduzub.
Qeyd edək ki, yarışın ilk günündə 66 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Məhəmməd Musayev bürünc medal qazanıb.



No Comment! Be the first one.