Ronaldunun millini tərk etməsi ilə bağlı intizam işi açıldı
Portuqaliya Futbol Federasiyasının (FPF) İntizam Şurası Kriştianu Ronaldu barəsində araşdırmaya başlayıb.
Sportify.az xəbər verir ki, buna hücumçunun milli komandanın düşərgəsini özbaşına tərk etməsi ilə bağlı oktyabrın 7-də yayılan məlumatlar səbəb olub.
FPF-nin İntizam Şurasının açıqlamasına görə, işə oktyabrın 9-da başlanılıb, oktyabrın 10-da isə materiallar federasiyanın İntizam-İstintaq Komitəsinə göndərilib. Araşdırmanın təcili qaydada aparılması qərara alınıb. İş yekunlaşana qədər onun materiallarının dərcinə qadağa qoyulub.
A Bola nəşrinin yazdığına görə, baş verənlərə görə Ronaldu Portuqaliya millisinin kapitanı vəzifəsindən avtomatik olaraq kənarlaşdırılıb.
Qeyd edək ki, imtizam kodeksinə əsasən, Kriştianu Ronaldunu 6 ayadək Portuqaliya millisindən kənarlaşdırılma və 1000 avroyadək cərimə gözləyir.



No Comment! Be the first one.