AAF rəhbərliyi Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşdü
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və AAF-ın vitse-prezidenti Firdovsi Umudov, ölkəmizdə işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.
AAF-ın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Azərbaycanda nəinki ağırlıqqaldırma, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi rəsmi qonağın diqqətinə çatdırılıb.
Bununla yanaşı AAF-ın beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşdığı vurğulanıb.
Təsadüfi deyil ki, Avropa və dünyanın muxtəlif ölkələrini təmsil edən yığma komandalar vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirlər.
Görüş zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.




No Comment! Be the first one.