Rossi Varkonyini heyətdən kənarlaşdırdı
Macarıstan millisinin Ukrayna yığmasına qarşı UEFA Millətlər Liqasının ilk tur matçı üçün iştirak ərizəsi açıqlanıb.
Sportify.az xəbər verir ki, baş məşqçi Marko Rossi 3 futbolçunu sifariş ərizəsindən kənarda qoyub.
Onların arasında ilk dəfə milliyə “Qarabağ”dan dəvət almış Bense Varkonyi də var. Digər oyunçular isə Aron Doktoriç və Yozef Salaidir.
Budapeştdəki Ferents Puşkaş stadionunda keçirilən qarşılaşma saat 22:45-də start götürüb.
Qeyd edək ki, Macarıstan millisi növbəti oyununu martın 28-də səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək. Marko Rossi heyətə 26 futbolçu çağırıb.



No Comment! Be the first one.