Rəhim Həsənov turun şərhindən imtina etdi - RƏSMİ
AFFA Hakimlər Komitəsi Misli Premyer Liqasının VII turun oyunları ilə bağlı əlavə şərhə ehtiyac görmür.
Bu barədə Sportify.az-ın sorğusuna əsasən, komitədən məlumat verilib.
Bildirilir ki, ötən tur mübahisə doğuran və əlavə şərh tələb edən hakim qərarlarının qeydə alınmayıb: “AFFA Hakimlər Komitəsi bildirir ki, VII turun oyunlarında mübahisə doğuran və əlavə şərh tələb edən hakim qərarları qeydə alınmayıb. Bu səbəbdən, Hakimlər Komitəsi tərəfindən turun oyunları ilə bağlı əlavə şərhin verilməsinə ehtiyac görülmür”.
Bu, Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun şərh verməyəcəyi ilk haldır.
Qeyd edək ki, Premyer Liqada VII turun “Neftçi” – “Sabah” matçında qonaq komandanın futbolçusu Velko Simiçin davranışı əsas müzakirə mövzusu olub. 74-cü dəqiqədə baş vermiş həmin epizodda serbiyalı yarımmüdafiəçi meydan sahiblərinin bir neçə oyunçusuna qarşı aqressiv davranıb. Lakin baş hakim Rauf Cabarov ona sarı vərəqə verməklə kifayətlənib.



No Comment! Be the first one.