Rəşad Rəsullu: Millidə yerli-legioner söhbəti yoxdur
“Bizim komandada yerli və legioner anlayışı yoxdur”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Onun sözlərinə görə, millidəki əcnəbi cüdoçuların heç biri komandaya komandaya hazır şəkildə gəlməyiblər, heç biri digər ölkənin yetirməsi deyil: “Hamısı az yaşlarında gəliblər. Onlar Azərbaycan bayrağı üçün döyüşlərə çəkirlər, əziyyət çəkirlər. Səid Mollayi olsaydı, qəbul edərdim. Halbuki milliyyətinə görə onu azərbaycanlı kimi qəbul edirsiniz. Qadınlardan ibarət yığmaya Hanna Zaytsevə kimi perspektivli idmançı cəlb etmişik. Ondan da gələcəkdə yüksək nəticələr gözləyirik”.
ACF-nin vitse-prezidenti Elnur Məmmədli isə bu fikirlərə belə dəstək verib: “Elə çıxır ki, onlar komandamıza hazır vəziyyətdə gəliblər və bizim məşqçilər üzərlərində heç bir əziyyət çəkməyiblər. Halbuki onlar nəticələrini bizim komandada verməyə başlayıblar. Ona görə də gəlin, bu söhbətləri birdəfəlik yığışdıraq”.



No Comment! Be the first one.