"Sabah" "Zenit"in futboçusunu icarəyə götürür
Rusiyanın “Zenit” klubu futbolçusu Du Keyrosu “Sabah”a icarəyə göndərmək niyyətindədir.
Sportify.az-ın “Sport-Ekspress”ə istinadən məlumatına görə, 26 yaşlı braziliyalı yarımmüdafiəçi üçün bu, ardıcıl dördüncü icarə ola bilər.
O, daha əvvəl “Qremio”, “Sport Resife” və ötən mövsüm “Orenburq”un formasını geyinib.
Du Keyros bu mövsüm “Zenit”də heç bir oyunda iştirak etməyib və heç bir matçın iştirak ərizəsinə daxil edilməyib. Braziliyalı futbolçu 2023-cü ilin yayında Sankt-Peterburq klubuna azad agent kimi keçib.
O, “Zenit”də olduğu müddətdə bütün turnirlərdə cəmi 16 matç keçirib. Transfermarkt Du Keyrosa 1,5 milyon avro qiymət qoyub.



No Comment! Be the first one.