“Sabah”dan stadionda ölən azarkeş üçün başsağlığı
“Sabah” klubu Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunda İspaniya təmsilçisi “Barselona” ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
Sportify.az xəbər verir ki, bu barədə paytaxt klubu sosial şəbəkə hesabında məlumat yayıb.
“Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.
“Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk” – deyə paylaşımda qeyd olunub.



No Comment! Be the first one.