“Sabah”ın futbolçusu ehtiyatda qaldı, komandası məğlub oldu
UEFA Millətlər Liqasında B liqasının 4-cü qrupunda Rumıniya millisi doğma meydanda Polşa yığmasını 2:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, Polşa komandasında “Sabah”ın legioneri Timateuş Puxaçın adı iştirak ərizəsinə salınsa da, o, sonadək ehtiyat oyunçular skamyasında qalıb.
Qeyd edək ki, Polşa yığması 4 xalla 3-cü pillədə qərarlaşıb. Qrupda ilk qələbəsini qazanan Rumıniya isə 3 xalla sonuncudur.



No Comment! Be the first one.